ABŞ-də bir kişi köhnə anbar kamerasını cəmi 500 dollara alaraq içindən milyonlarla dollar dəyərində xəzinə aşkar edib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, kişi aylardır ödənişi edilməyən anbar kamerasını hərracda satın alıb. Həmin kamerada yerləşən köhnə seyfi açarkən içərisində 7,5 milyon dollar nağd pul olduğu məlum olub.
Hadisəni hərracı aparan məşhur auksionçu Den Dotson “Storage Wars” televiziya şousunun efirində danışıb. Onun sözlərinə görə, adətən bu cür seyflər boş olur, lakin bu dəfə istisna hal yaşanıb. Seyfin əvvəlki sahibinin bu qədər böyük məbləği necə əldə etdiyi məlum deyil. Ehtimal edilir ki, əvvəlki sahib köçdüyü və ya həbs olunduğu üçün anbar kamerasının ödənişini dayandırıb.
Nuriyyə NATİQQIZI