AZ

Danimarka Qrenlandiyanı qanunsuz işğal edib - Vaşinqton

Bakı. Trend:

Danimarka İkinci Dünya müharibəsindən sonra Birləşmiş MillətlərTəşkilatının (BMT) normalarını nəzərə almadan Qrenlandiyanıqanunsuz şəkildə işğal edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald TrampınQrenlandiya üzrə xüsusi nümayəndəsi, Luiziana ştatının qubernatoruCeff Lendri sosial şəbəkə "X" sosiaş şəbəkə hesabında yazıb.

“Tarix önəmlidir. ABŞ İkinci Dünya müharibəsi zamanıDanimarkanın bunu edə bilmədiyi vaxt Qrenlandiyanın suverenliyiniqoruyub. Müharibədən sonra isə Danimarka BMT protokollarını kənaraqoyaraq və onları görməzlikdən gələrək adanı yenidən işğal etdi.Söhbət düşmənçilikdən yox, qonaqpərvərlikdən getməlidir”, – Lendribildirib.

Xatırladaq ki, 22 dekabr 2025-ci ildə Tramp Luiziana ştatınınqubernatoru və respublikaçı Ceff Lendrini Qrenlandiya üzrə xüsusinümayəndə təyin edib. Əvvəlcə Lendri ABŞ-nin adanı əldə etməkistədiyini təsdiqləyib, daha sonra isə Trampın belə planlarınınolmadığını bildirib. Lakin ABŞ-ın Venesuelaya hücumundan sonraTramp Amerikanın milli təhlükəsizliyini təmin etmək üçünQrenlandiyaya ehtiyac duyduğunu bəyan edib.

Məqalədə:
Seçilən
41
2
az.trend.az

3Mənbələr