
ABŞ Prezidenti Donald Tramp onun Venesuelanın müvəqqəti prezidenti olduğunu göstərən və guya Vikipediyadan götürülən bir skrinşot paylaşıb.
Yeniavaz.com xəbər verir ki, “Truth Social” sosial şəbəkə səhifəsində paylaşdığı skrinşota görə, ABŞ Prezidenti Bolivar Respublikasının rəhbəri vəzifəsinə 2026-cı ilin yanvar ayında başlayıb.
Əlavə olunmuş şəkildə Trampın Latın Amerikası respublikasının müvəqqəti prezidenti kimi andiçmə mərasiminin 2026-cı ilin yanvar ayında keçirildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelaya qarşı əməliyyat keçirərək Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduronu həbs edib.
Bundan sonra Venesuela Ali Məhkəməsi dövlət başçısı vəzifələrini müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigesə həvalə edib. Yanvarın 5-də o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və Milli Assambleya qarşısında and içib.
Yanvarın 5-də Nyu-York Federal Məhkəməsi Nikolas Maduro işi üzrə ilk iclasını keçirib. Latın Amerikası lideri həbsdə saxlanılıb və yeni məhkəmə prosesi təyin edilib. O, günahını rədd edib və özünü hərbi əsir adlandırıb.