AZ

SEPAH hərəkətə keçsə, İran qan içində boğula bilər

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkədə baş verən hadisələrin əsas iştirakçısına çevrilməkdədir. Onun kifayət qədər gücü və motivasiyası var ki, İranı qana boyasın.

Doğru.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Qolosov açıqlama verib.

O bildirib ki, cümə gününə qədər SEPAH-ın hadisələrdə rolu məhdud idi. Hakimiyyət əsas etibarilə polis və yarımhərbi qüvvələrə arxalanırdı, lakin onlar uğursuzluğa düçar olurlar. Qolosov qeyd edib ki, İran Ali Lideri Xameneinin SEPAH-ın genişmiqyaslı yerləşdirilməsini gecikdirməsinin səbəbləri aydındır: ABŞ-ın mümkün zərbəsi qorxusu və etirazlar yatırıldıqdan sonra SEPAH-ın təsirinin kəskin artması perspektivi.

O əlavə edib ki, SEPAH-ı daxildən məğlub etmək mümkün deyil, lakin ABŞ-ın, xüsusilə Trampın İrana vəd etdiyi zərbələr SEPAH-a ciddi ziyan vura bilər. Rusiyalı politoloq yekun olaraq sual edir: Tramp nə qərar verəcək?

DOĞRU.AZ

Seçilən
4
4
dogru.az

5Mənbələr