AZ

Məkkədə Qırğızıstan vətəndaşları üçün pulsuz otel tikilir

BAKI, 12 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qırğızıstan vətəndaşları üçün pulsuz otelin inşasına start verilib. Burada zəvvarlar və tələbələr yerləşə biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayırbek Orunbekov məlumat verib.

Layihə Prezident Sadır Japarovun dəstəyi ilə həyata keçirilir. Yeni bina Səudiyyə Ərəbistanına gələn qırğızıstanlıların, o cümlədən həcc ziyarətini yerinə yetirmək və təhsil almaq üçün gələnlərin pulsuz qalması üçün nəzərdə tutulub.

Bununla yanaşı, tikintinin başa çatma müddəti, maliyyələşdirmənin həcmi və obyektin istismara veriləcəyi dəqiq tarix hələ açıqlanmayıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr