AZ

Bu gün "Qarabağ"ın oyunu var

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Qarabağ" Misli Premyer Liqasında qış fasiləsinə 36 xalla 2-ci pillədə yollanıb. Neftçi" isə Özbəkistan Superliqasının başa çatan 2025-ci il mövsümünün çempionu olub.

 

Seçilən
7
1
modern.az

2Mənbələr