AZ

Məşhur musiqiçi vəfat etdi - FOTO

Rok musiqisinin simvollarından biri olan "Grateful Dead" qrupunun ritm gitaristi və aparıcı vokalistlərindən Bob Weir 78 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə ailəsi şənbə günü açıqlama verib.

Weirin "İnstaqram" hesabında yayımlanan məlumata görə, ona iyul ayında xərçəng diaqnozu qoyulub. Bildirilib ki, musiqiçi ağciyər problemləri səbəbindən vəfat edib. Ölümünün dəqiq vaxtı və yeri açıqlanmayıb.

Qeyd edək ki, Bob Wei "Grateful Dead" qrupunun mərhum həmtəsisçisi və aparıcı gitaraçısı Cerri Qarsiya ilə birlikdə qrup tarixinin böyük hissəsində iki əsas solistdən biri kimi tanınıb. "Deadheads" adlanan pərəstişkar kütləsi üçün Weir qrupun musiqi kainatının mərkəz fiqurlarından biri hesab olunurdu.

Bob Weirin ölümü rok musiqi dünyasında böyük itki kimi qiymətləndirilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
milli.az

1Mənbələr