AZ

"Arsenal"ın futbolçusu klubun düşərgəsinə qayıtmaqdan imtina etdi

BAKI, 12 yanvar. TELEQRAF

Tula “Arsenal”ının futbolçusu Edarlin Reyes məzuniyyətdən sonra komandanın düşərgəsinə qayıtmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, klub dominikanlı futbolçunu cərimələməyəcəyini açıqlayıb.

“Edarlin Reyes qüvvədə olan müqavilə öhdəliklərinə baxmayaraq, məzuniyyət başa çatdıqdan sonra komandaya qayıtmaqdan imtina edib. Klub toplanışların qrafiki barədə futbolçunu əvvəlcədən məlumatlandırıb və onun üçün bütün zəruri biletləri alıb. Hesab edirik ki, bu addım təkcə kluba deyil, həm də sizə, yəni azarkeşlərimizə qarşı hörmətsizlikdir. Hazırda danışıqlar aparırıq və son ana qədər bu vəziyyətdən kompromis yolu ilə çıxış tapmağa ümid edirik. Məqsədimiz klub üçün mümkün maliyyə və reputasiya risklərini minimuma endirməkdir” - deyə, “Arsenal”ın yaydığı bəyanatda qeyd edilib.

Qeyd edək ki, 28 yaşlı Reyes ötən ilin qışında “Arsenal”a keçib. Cari mövsüm PARI Liqasında Tula təmsilçisinin heyətində 15 oyuna çıxan hücumameyilli yarımmüdafiəçi 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Seçilən
44
teleqraf.com

1Mənbələr