AZ

Trump özünü Venesuelanın müvəqqəti Prezidenti elan etdi

ABŞ Prezidenti Donald Trump özünü Venesuelanın müvəqqəti Prezidenti elan edib.

“Yeni Sabah” xəbər verir ki, o, bununla bağlı özünün sosial media platforması Truth Socialda foto paylaşıb.

Paylaşımda D.Trampın rəsmi portretinin altında “Venesuelanın müvəqqəti Prezidenti, 2026-cı ilin yanvarından etibarən” yazılıb. Bu da qəribə və mübahisəli addım kimi diqqət çəkib.

Trump bu paylaşımda həm də özünü ABŞ-nin 45-ci və 47-ci prezidenti kimi göstərib və bildirilir ki, bu, Venesuelada son zamanlar baş verən siyasi gərginliklər və ABŞ-ın müdaxiləsi fonunda edilib.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib. Onlar ABŞ-yə aparılıb.   

Nyu York Cənubi Federal Məhkəməsində N.Maduro və S.Floresə qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr