Təhsil eksperti orqanlarını bağışladı -
Təhsil eksperti Əmrah Həsənli orqanlarını bağışlayıb. Metbuat.az-ın məlumatına görə, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ərizə ilə müraciət edib və müraciəti təsdiqlənib. Ə.Həsənli bildirib ki, ölümü baş verdikdən sonra orqanları bağışlanacaq. “Bu addımı atmaqla məqsədim yalnız şəxsi seçimimi həyata keçirmək deyil. Həm də ölkəmizdə orqan donorluğu mədəniyyətinin formalaşmasına, transplantasiya sahəsində ictimai maarifləndirmənin güclənməsinə kiçik də olsa töhfə verməkdir”, - deyə təhsil eksperti qeyd edib. Sevinc İbrahimzadə / Metbuat.az