AZ

“Səbail”li getdi, “Qəbələ”li gəldi - Millidə dəyişiklik

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

“Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq çərçivəsində U-21 yığmamız 2 yoxlama oyunu keçirəcək.

U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.

Seçilən
57
4
sportinfo.az

10Mənbələr