AZ

U-21-in heyətində dəyişiklik edildi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Mərdəkanda Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiorilən və bazar günü başlayan hazırlığa dəvət edilən "Səbail"in oyunçusu Emin Rüstəmov toplanışa cəlb olunmayıb. Onun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.

Milli hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşma planlaşdırılır.

Seçilən
23
4
fanat.az

10Mənbələr