AZ

“Xameneinin vəzifədən uzaqlaşdırılması regional sabitliyə töhfə verə bilər” - Amerikalı senator

Amerikalı senator Lindsi Qraham ABŞ Prezidenti Donald Trampı İran hakimiyyətinə qarşı sərt tədbirlər görməyə çağırıb.

Missiya.Az xəbər verir ki, siyasətçi bunu “Fox News” telekanalına müsahibəsində deyib.

O, İslam Respublikasını öz xalqını öldürməkdə günahlandıraraq, onlara qarşı ciddi addımların zəruriliyini bildirib.

Qraham qeyd edib ki, İranın ali rəhbərinin vəzifədən uzaqlaşdırılması regional sabitliyə töhfə verə, Hizbullah və HƏMAS kimi qrupları zəiflədə, habelə, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına şərait yarada bilər.

Senator Trampı İran xalqının yanında olmağa və zülmə qarşı açıq dəstək göstərməyə çağırıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr