AZ

Tramp İranın “qırmızı xətti” keçdiyini bəyan edib

Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə təyyarəsində söhbət edərkən bildirib ki, İslam Respublikasının ərazisini bürüyən etirazları sərt şəkildə yatırmaqla İran rəhbərliyi “qırmızı xətti” keçir.

Xalqcebhesi.az xəbər verir ki, Ağ Ev bu açıqlamanın yayımını "YouTube" kanalında canlı yayımlayıb.

“Görünür, onlar qırmızı xətti keçməyə başlayıblar. İran rəhbərliyi qəddardır — onları lider adlandıra bilərsiniz, bilmirəm, onlara lider demək olarmı. Düşünürəm ki, onlar zorakılıqla hakimiyyət sürürlər”, — deyə Tramp vurğulayıb və Ağ Evin bu məsələyə son dərəcə ciddi yanaşdığını qeyd edib.

Bununla yanaşı, Amerika liderinin sözlərinə görə, İran rəhbərliyi ABŞ-la danışıqlar aparmaq üçün müraciət edib və görüş hazırda təşkilatçılıq mərhələsindədir.

Məryəm Quliyeva

Seçilən
17
1
xalqcebhesi.az

2Mənbələr