ABŞ Prezidenti Donald Tramp İranda baş verən kütləvi etiraz aksiyalarının sərt şəkildə yatırılmasını “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə öz təyyarəsində söhbət zamanı bildirib.
Məlumat Ağ Evin “YouTube” kanalında yayımlanan rəsmi yayıma istinadən verilir.
“Onlar, görünür, artıq qırmızı xətti keçməyə başlayıblar. Onlar çox amansızdırlar – onları lider adlandıra bilərsiniz, amma mən bilmirəm, onları lider adlandırmaq olarmı. Düşünürəm ki, onlar zorakılıq yolu ilə idarə edirlər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp bildirib ki, Ağ Ev bu məsələyə son dərəcə ciddi yanaşır. Onun sözlərinə görə, İran rəhbərliyi ABŞ ilə danışıqların aparılması üçün müraciət edib və hazırda mümkün görüşün təşkili mərhələsi davam edir.
Nuriyyə NATİQQIZI