Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirəcək.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.