AZ

ABŞ Suriyada İŞİD-ə ağır zərbə endirib

ABŞ koalisiya qüvvələri ilə birlikdə Suriyada İŞİD terror təşkilatının hədəflərinə genişmiqyaslı zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media hesabındakı səhifəsində məlumat verilib. 

Xəbəri “Anadolu” yayıb. 

Məlumatda bildirilir: “Zərbələr 19 dekabr 2025-ci ildə Prezident Donald Trampın əmri ilə başlanan “Şahin gözlü zərbə” əməliyyatının bir hissəsidir və 13 dekabr 2025-ci ildə Suriyanın Palmira şəhərində ABŞ və Suriya qüvvələrinə qarşı İŞİD-in ağır hücumuna birbaşa cavabdır”.

Əməliyyatın “gələcək hücumların qarşısını almaq və bölgədəki Amerika və müttəfiq qüvvələrini qorumaq öhdəliyimizin bir hissəsi kimi" həyata keçirildiyi vurğulanıb. 

Qeyd edək ki, ABŞ ordusu 13 dekabrda Suriyada İŞİD yaraqlısının silahlı hücumu nəticəsində iki amerikalı hərbçinin və bir ABŞ vətəndaşının öldüyünü bildirmişdi. ABŞ Prezidenti Donald Tramp demişdi: “Bu, İŞİD-in bizə və Suriyaya qarşı hücumu idi və çox, çox kədərlidir”. Cavab tədbirinin olub-olmayacağı ilə bağlı suala o, “Bəli, biz cavab verəcəyik” cavabını vermişdi.

P.ƏMİRCANOV
XQ

Seçilən
33
1
xalqqazeti.az

2Mənbələr