Dünən ABŞ-nin Los-Anceles şəhərində İran hökumətinə qarşı keçirilən etiraz aksiyası zamanı gərginlik yaşanıb.
Bizim.Media “Los Angeles Times” nəşrinə istinadən xəbər verir ki, etirazların davam etdiyi ərazidə yük maşını nümayişçilərin izdihamına daxil olub, nəticədə bir neçə nəfər xəsarət alıb.
Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb. Məlumata görə, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi dəyərləndirmir.
Diqqət çəkən məqamlardan biri yük maşınının üzərində yazılan şüarlar olub. Avtomobilin üzərində fars dilində “Buşehrdən Kermanşaha qədər” ifadəsi, eləcə də ingilis dilində “Nə şah, nə də rejim; ABŞ: 1953-cü il təkrarlama; Mollaya yox!” kimi siyasi şüarlar yer alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta