AZ

Günəşdə ardıcıl 2 güclü partlayış baş verib

Bakı. Trend:

Yanvarın 12-nə keçən gecə Günəşdə M sinfə aid olan iki güclüpartlayış qeydə alınıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınTətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“12 yanvar tarixində Moskva vaxtı ilə saat 01:28-də (Bakı vaxtıilə 02:28) rentgen diapazonunda 7 dəqiqə davam edən M1.3 (S07E89)alışması qeydə alınıb. Saat 02:14-də isə rentgen diapazonunda 99dəqiqə davam edən M3.4 (S13E89) alışması müşahidə edilib”, –məlumatda bildirilir.

Sonuncu alışma 2026-cı ildə indiyədək qeydə alınmış ən güclühadisə hesab olunur. Rusiya Elmlər Akademiyasının KosmikTədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının vəSibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləriqeyd edirlər ki, alışma Günəşin arxa tərəfində baş verib.

“Bu halda hadisənin qeydə alınması ona görə mümkün olub ki,alışmanın mənbəyi üfüqün dərhal arxasında yerləşib və Günəşatmosferinin yuxarı qatlarından gələn şüalanmanın bir hissəsiplanetə çata bilib. Enerjinin əsas hissəsi bloklandığındanhadisənin real gücü xeyli yüksək olmalıdır, lakin ölçülməsi mümkündeyil və heç vaxt mümkün olmayacaq – hazırda Günəşin həmintərəfində lazımi avadanlıqla təchiz edilmiş peyklər yoxdur”, –açıqlamada vurğulanır.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr