AZ

Filippində zibilxana sürüşməsi: ölənlərin sayı 8-ə çatıb​​​​​​​

Filippində

Filippinlərin mərkəzindəki Sebu şəhərindəki zibilxanada baş verən sürüşmə nəticəsində ölənlərin sayı səkkizə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABS-CBN News" televiziya kanalı məlumat yayıb.

Onların məlumatına görə, 28 nəfər hələ də itkin düşmüş hesab olunur. Filippin Xəbər Agentliyinin məlumatına görə, Filippin hakimiyyəti hadisənin nəticələrinin aradan qaldırılması üçün ölkənin Hərbi Dəniz Qüvvələrinin üzvlərini səfərbər edib. Bölməyə "qeyri-sabit və təhlükəli şəraitdə işləyə bilən xilasetmə avadanlığı və fərdi qoruyucu vasitələrlə təchiz olunmuş xüsusi təlim keçmiş personal" daxildir.

Yanvarın 8-də Sebu şəhərindəki zibilxanada torpaq sürüşməsi baş verib. Həmin vaxt ən azı bir nəfərin öldüyü, 38 nəfərin isə itkin düşdüyü bildirilirdi. Təcili yardım xidmətləri 300-dən çox insanın iştirak etdiyi 24 saatlıq axtarış-xilasetmə əməliyyatına başlayıb.

Məryəm Quliyeva

Seçilən
15
1
xalqcebhesi.az

2Mənbələr