AZ

ABŞ-dən Danimarkaya ŞOK İTTİHAM: “Siz Qrenlandiyanı işğal etmisiniz”

Trampın xüsusi nümayəndəsi Danimarkanı işğalçılıqda ittiham edib.

İnterpress.az xəbər verir ki, ABŞ və Danimarka arasında Qrenlandiya ətrafında yaranan gərginlik yeni mərhələyə keçib.

Məlumata görə, Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Lendri rəsmi Kopenhagenə qarşı çox sərt ittihamlar səsləndirib.

O, Danimarkanı adanı faktiki olaraq işğal etməkdə günahlandırıb.

Diplomat bildirib ki, İkinci Dünya Müharibəsi zamanı Danimarka aciz qaldığı halda, Qrenlandiyanın suverenliyini ABŞ qoruyub:

“Müharibədən sonra isə Danimarka BMT protokoluna məhəl qoymayaraq və ondan yan keçərək adanı yenidən işğal edib”.

Lendri əlavə edib ki, münasibətlər düşmənçilik yox, qonaqpərvərlik üzərində qurulmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
1
interpress.az

2Mənbələr