AZ

Mərkəzi Bankın pul siyasəti və inflyasiyaya dair 2026-cı il üzrə hədəfləri açıqlanıb (MÜSAHİBƏ)

Bakı. Trend:

Uçot dәrәcәsi pul siyasətinin yardımçı əməliyyat hədəfi olantəminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faizdərəcəsi - AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyəbaşlayıb.

Bunu Trend-əmüsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasətidepartamentinin direktor müavini Elçin Güləliyev deyib.

O, müsahibəsində uçot dərəcəsinin AZİR vasitəsilə bazarfaizlərinə ötürülməsinin gücləndirilməsi, inflyasiyanın hədəfdiapazonunda saxlanılması, məzənnə sabitliyinin qorunması və banksistemində likvidliyin çevik idarə olunması üzrə Mərkəzi Bankın2026-cı il prioritetlərindən danışıb.

Direktor müavini, əvvəlcə ötən ilin sonlarında uçot dərəcəsi iləpul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pulbazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIRarasında fərqin minimuma endiyini xatırladıb. Eyni zamandavurğulayıb ki, uçot dərəcəsinin maliyyə sektorunda faizlərətəsirini gücləndirmək məqsədilə mövcud əməliyyat çərçivəsinin2026-cı ildə də təkmilləşdirilməsi davam etdiriləcək: “2025-ci ildəbanklararası bazarda 1 günlük təminatsız əqdlər üzrə formalaşanAZIR uçot dərəcəsinə yaxın idarə olunmuşdur. Bu, pul siyasətininəməliyyat çərçivəsinin təkmilləşdirilməsi, açıq bazarəməliyyatlarının və xüsusilə 7 günlük depozit alətinin fəalistifadəsi ilə bağlıdır. Faktiki rəqəmlər bu nəticəni təsdiq edir.Belə ki, bu dövrdə uçot dərəcəsi ilə AZIR arasındakı standartkənarlaşma həddi 0.28 faiz bəndi olmuşdur. Son 3 ayda isə bugöstərici 7 dəfə azalaraq 0.04 faiz bəndi təşkil etmişdir. Digərmühüm bir məqamı xüsusi qeyd etmək istərdim. Bu dövr ərzində uçotdәrәcәsi AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyə başlayıb.Məlum olduğu kimi, 2025-ci ilin iyul ayında uçot dәrәcәsi 25 bazapunktu azaldıldı. Bu, qiymәtli kağızların gәlirliliyə təsirgöstərməklə yanaşı, yeni depozit vә kredit faizlәrinin azalmasınagətirib çıxartdı.

Uçot dərəcəsinin maliyyə sektorundakı faizlərə təsiriningücləndirilməsi üzrə 2026-cı ildə də mövcud əməliyyat çərçivəsinintəkmilləşdirilməsi davam etdiriləcək. Eyni zamanda bank sektorununlikvidlik mövqeyi nəzərə alınmaqla AZIR-in uçot dərəcəsinə yaxınidarə olunması üçün arsenaldakı bütün alətlərdən adekvat istifadəediləcək”.

Məlum olduğu kimi Mərkəzi Bank 2026-cı il üzrə inflyasiyanı 4±2%hədəf diapazonunda saxlamağı planlaşdırır, lakin oktyabr 2025proqnozlarında illik inflyasiya 5.7% göstərilir. Müsahib xaricirisklərin payının artdığı bir şəraitdə bu hədəfin qorunması üçün önplanda olacaq pul siyasəti alətlərindən də bəhs edib.

“İnflyasiyanın hәdәf daxilindә idarә edilmәsi uzunmüddətlidayanıqlı iqtisadi artımın mühüm şәrtlәrindәn biridir. Mәrkәzi Bank2026-cı ildә dә pul siyasәtinә dair qәrarlar verәrkәn əsasəninflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri,habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәkdir. Hesab edirik ki,baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalıyüksəkdir və inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.Ümumiyyətlə, Mәrkәzi Bank inflyasiya amillәrinin hәrtәrәfli tәhliliәsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyir. Butəcrübəyə əsaslanaraq AMB 2026-cı ildə də makroiqtisadiproqnozların baza ssenari ilә yanaşı alternativ ssenarilәri üzrəverəcəkdir. Bu da inflyasiya risklәrinin qiymətləndirməyə vəonların reallaşdığı tәqdirdә çevik siyasәt reaksiya verməyə imkanverir. Mərkəzi Bank pul siyasətinin hədəfinə nail olmaq üçünsərəncamındakı alətlərdən çevik istifadə edəcəkdir”, - deyə E.Güləliyev qeyd edib.

AMB rəsmisi eyni zamanda qlobal ticarət qeyri-müəyyənlikləri vəidxal inflyasiyası riskləri fonunda Mərkəzi Bankın məzənnəsabitliyini qorumaq üçün üstünlük verəcəyi mexanizmlərini, həmçininvalyuta bazarına mümkün müdaxilələrin olub-olmayacağı ehtimalınıqiymətləndirib: “İlk olaraq qeyd edək ki, 2025-ci ildə valyutabazarında sabitlik hökm sürmüş, nağd vә nağdsız seqmentlәr üzrәümumilikdә tәklif tәlәbi üstәlәmişdir. Bu şәraitdә Mәrkәzi Bankınvalyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarınayüksәlmişdir.

Proqnozlara görә 2026-cı ildә tәdiyә balansının cariәmәliyyatlar hesabının profisitli olması valyuta bazarındatarazlığı dәstәklәyәcәkdir. Baza ssenari üzrә proqnozlara görә2026-cı ildә cari әmәliyyatlar hesabının profisiti 3 mlrd. ABŞdolları sәviyyәsindә olmaqla ÜDM-in 3.7%-i sәviyyәsindәgözlәnilir.

Məlum olduğu kimi Mərkəzi Bank fiskal məqsədlər üçün Dövlət NeftFondunun valyuta vəsaitlərinin satılması üçün hərraclar keçirir.Eyni zamanda valyuta bazarında tələb-təklif nisbətinin müvəqqətidəyişdiyi halda Mərkəzi Bank müdaxilə etmək hüququnu özündəsaxlayır. Mərkəzi Bank əvvəlki dövrlərdə olduğu kimi hər hansımüdaxilə məqsədilə əməliyyat keçirərsə, bu barədə genişictimaiyyəti məlumatlandıracaq”.

Açıq bazar əməliyyatları və digər alətlər vasitəsilə banksistemində likvidliyin çevik idarə olunması Mərkəzi Bankın pulsiyasətinin mühüm elementlərindən biri kimi qeyd edilir. E.Güləliyev mövcud qlobal maliyyə şəraitində likvidlik mövqeyininqiymətləndirilməsi zamanı prioritet təşkil edən əsas göstəricilərivə bu çərçivədə atılan addımların inflyasiya və maliyyə sabitliyinətöhfəsini dəyərləndirib. O vurğulayıb ki, Mərkəzi Bank pul siyasətialətlərini pul bazarında gedən proseslər və bank sistemininlikvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edir: “Məlum olduğu kimi,bankların likvidlik mövqeyinə avtonom (AMB-dən asıl olmayan) vəqeyri-avtonom (AMB-dən asılı) amillər təsir göstərir. Avtonomamillərə əsasən hökumət hesablarının dəyişimi aiddir.

Mərkəzi Bankın alət arsenalında likvidliyin sterilizasiyası vəlikvidliyin verilməsi alətləri mövcuddur.

  • Sterilizasiya yönümlü alətlərə gecəlik daimi imkan depozit, AMBnotları və 7 günlük açıq bazar depozit əməliyyatları aiddir.
  • Likvidliyin verilməsi yönümlü alətlərə isə gecəlik daimi imkanəks-repo və 7 günlük açıq bazar əks-repo əməliyyatlarıdaxildir.
  • Bu alətlərdən istifadə etməklə banklararası bazardaqısamüddətli faizlərin, xüsusilə də AZİR-in Mərkəzi Bankın faizdəhlizinin dəyişiminə adekvat reaksiya verməsini təminetməkdir.

Hazırda bank sektorunda qısamüddətli izafi likvidlik mövcuddur.Bu likvidliyin sterilizasiyası üçün açıq bazar əməliyyatı kimiəsasən 7 günlük depozit əməliyyatından istifadə edilir.

Mərkəzi Bank pul siyasətinin transmissiyasında faiz kanalınınaktivləşməsini diqqətdə saxlayır. Növbəti dövrdə də bu sahədəgörülən işlərə xüsusi önəm veriləcək”.

Seçilən
44
1
az.trend.az

2Mənbələr