Türkiyədə təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçilərindən daha biri bu gün yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "Qarabağ" və "Zirə" ilə yanaşı, "Sumqayıt" da gücünü sınayacaq.
Saşa İliçin komandası Antalyada Serbiyanın "OFK Belqrad" kollektivisı ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Yanvarın 3-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışda olan "Sumqayıt" daha əvvəl Macarıstan "Pakş"ı ilə qarşılaşaraq 1:5 hesabı ilə uduzub.
"Gənclik şəhəri" təmsilçisi Lara bölgəsində ayın 17-dək davam edəcək hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Yanvarın 16-da Xorvatiyanın "Osiyek" komandaları ilə görüş nəzərdə tutulub.