Bakı. Trend:
Rusiyanın Perm diyarında terror aktının qarşısı alınıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının FederalTəhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumatyayıb.
Məlumata görə, “Rosqvardiya”nın dəstəyi ilə hüquq-mühafizəorqanları tərəfindən keçirilmiş əməliyyatda Çusovoy şəhərininsakini saxlanılıb. O, Sverdlovsk dəmir yolu xəttinə aid Çusovoydəmir yolu körpüsündə partlayış hazırlamaqda şübhəli bilinir.
FSB-nin açıqlamasına görə, həmin şəxs telefon dələduzlarınınqurbanı olub və təxminən 350 min rublu “təhlükəsiz hesablar”adlanan hesablara köçürüb. Bundan sonra özlərini hüquq-mühafizə vəxüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edəncinayətkarlar ona pulların geri qaytarılmasına kömək edəcəklərinəinandırıblar. Onlar onu guya regionun nəqliyyat infrastrukturuobyektlərinin “antiterror təhlükəsizlik yoxlanışı”nda iştiraketməyə razı salıblar.
Nəticədə saxlanılan şəxs terror aktı törətmək məqsədilə evdəhazırlanmış partlayıcı qurğu düzəldib. Onun yaşayış yerindəaparılan axtarış zamanı hüquq-mühafizə orqanları təxminən 10 kqpartlayıcı maddə, kustar üsulla hazırlanan partlayıcı qurğu yığmaqüçün komponentlər, eləcə də dəmir yolu körpüsünü müşahidə etməküçün nəzərdə tutulmuş veb-kamera aşkar edərək götürüblər.