AZ

BMT-nin nüfuzu təhlükə altında: Bir əməliyyat onu məhv etdi

ABŞ-ın Venesueladakı hərəkətləri BMT-də islahatlara təcili ehtiyac olduğunu nümayiş etdirib.

Publika.az xəbər verir ki, bu barədə Honkonqun "South China Morning Post" qəzeti yazıb.

Qeyd edilir ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi genişmiqyaslı əməliyyat qlobal nizam üçün ciddi problemə çevrilib. Vaşinqton hadisəni hüquq-mühafizə orqanlarının hərəkəti kimi xarakterizə etsə də, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulmasıdır.

"BMT qaydaların tətbiqinə görə məsuliyyət daşıyır, lakin o, sanki bu hücumun qarşısını almaqda aciz olan kənar müşahidəçi idi", - deyə məlumatda bildirilir.

Məqalədə qeyd olunur ki, BMT getdikcə böyük dövlətlərin hərbi əməliyyatlarını məhdudlaşdıra bilməyən "kağız pələng" kimi qəbul edilir. Bu fonda Venesuela təzyiqin yeganə hədəfi olmaya bilər. Digər ölkələrlə yanaşı, Qrenlandiya da təhlükə altındadır.

Seçilən
44
publika.az

1Mənbələr