Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son beş ildə bu bölgələrdə onlarla kiçik su elektrik stansiyası inşa edilib və enerji infrastrukturu müasir standartlara uyğun şəkildə qurulub. Bu yanaşma dayanıqlı məskunlaşmaya, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə xidmət edir.
"ACWA Power" şirkətinin Azərbaycandakı fəaliyyəti də bu prosesin mühüm tərkib hissəsidir. Şirkətin ilk bərpa olunan enerji layihəsi olan "Xızı-Abşeron" KES müasir texnologiyaların ölkəyə gətirilməsinə və ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına şərait yaradır.
Bütün bu amillər göstərir ki, Azərbaycanın enerji xəritəsi artıq yaşıl enerji üzərində formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strategiya həm regionların inkişafına, həm də ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfə verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31