AZ

Planetlərin paradı gözlənilir: Nə vaxt olacaq?

22 yanvar 2026-cı il tarixində nadir astronomik hadisə — planetlərin paradı müşahidə olunacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının alimləri məlumat yayıblar.
Məlumata görə, həmin gün Yerə nisbətən daha yaxın mövqedə olan Merkuri, Venera və Mars Günəş ətrafında xüsusi simmetrik düzülüş formalaşdıracaq. Alimlərin bildirdiyinə görə, planetlərin bu konfiqurasiyası səmada təxminən dəqiq romb formasını xatırladacaq.
Astronomlar qeyd edirlər ki, bu cür düzülüşlər nadir hallarda baş verir və növbəti analoji planetlər paradının 2038-ci ildə müşahidə olunacağı ehtimal edilir.
Planetlərin paradı həm elmi dairələr, həm də astronomiyaya maraq göstərən həvəskar müşahidəçilər üçün maraqlı və diqqətçəkən hadisə hesab olunur.

Seçilən
10
veteninfo.az

1Mənbələr