Bakı Kommersiya Məhkəməsində borclu “1ST Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24) barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilmişdir.
Banker.az xəbər verir ki, məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə, saat 10:55-ə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcəkdir.
İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.
Məlumata görə, şirkət 20020 AZN nizamnamə kapitalı ilə fəaliyyət göstərir. 13 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Ayaz Namazov Nizami oğludur. Şirkətin dövlətə vergi borcu 469 990.28 AZN təşkil edir.