AZ

​450 min istəyən izləyicisini biabır etdi

Türkiyənin populyar aktrisası Pınar Altuğ sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqəti öz üzərinə cəmləyib.

Moderator.az xəbər verir ki, sənətçi Bursada yaşayan bir izləyicisinin ondan 450 min lirə (18 500 manat) istədiyini açıqlayıb. Aktrisa deyib ki, bursalı izləyicisi dələduzluğun qurbanı olduğunu əsas gətirərək ona yardım edilməsini istəyib.

Sənətçi tanımadığı adamın mesajını oxuyarkən təəccübləndiyini gizlətməyib. O, “bir insan heç vaxt qarşılaşmadığı adamdan necə bu qədər böyük məbləğdə yardım istəyə bilər? Adamdakı rahatlığa heyranam. Yəqin ki, rəqəmləri tanımır. Yoxsa, bu qədər pulu istəməyə ürək etməz”, - yazıb.

Məşhurun bu paylaşımı müzakirələrə səbəb olub. Bəzi izləyiciləri “pul vermirsən, vermə. Niyə biabır edirsən?” məzmunlu şərhlər yazaraq, Pınar Altuğu tənqid ediblər.

Seçilən
17
1
moderator.az

2Mənbələr