AZ

İranda iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını zədələnib  

İranda baş verən kütləvi iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iğtişaşçılar tibb müəssisələrinə və təcili yardım xidmətlərinin binalarına hücum ediblər.

Dekabrın 29-da İran rialının kursunun dollara nisbətdə kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da tələbələr də onlara qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb.

TASS-ın məlumatına görə, iğtişaşlar 8 yanvar axşamı pik həddə çatıb. Həmin gün bir uşaq da daxil olmaqla azı 13 mülki şəxs iğtişaşçılar tərəfindən öldürülüb. Hakimiyyət orqanları hüquq-mühafizə orqanlarının 38 əməkdaşının öldüyünü bildirib. Tehran meri Əlirza Zəkani iğtişaşçıların paytaxtda 25 məscidi yandırdığını, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət qurumuna, 100-dən çox yanğınsöndürmə maşınına, avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər vurduqlarını bildirib.

Seçilən
11
6
azerbaijan-news.az

7Mənbələr