Gəncədə 18 yaşlı yeniyetmənin meyiti aşkar edilib.
Doğru.az xəbər verir ki, hadisə şəhərdəki peşə məktəblərindən birinin həyətində baş verib. Bu gün səhər saatlarında məktəbin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti tapılıb. Onun həmin peşə məktəbinin tələbəsi olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gənc ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA