AZ

Tamaşanın məşqləri yekunlaşır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrında hazırlanan Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında eyniadlı yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunur.

Hafta.az xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf deyib.

Onun sözlərinə görə, yeni tamaşanın premyerası cari il yanvarın 30-da reallaşacaq:

“Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı Konstantin Soldatov, Platon Soldatov, rejissoru Şövqi Hüseynovdur. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Rasim Cəfər, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər”.

Seçilən
25
3
hafta.az

5Mənbələr