AZ

Trampın İRAN PLANI - MÜŞAVİRƏ KEÇİRƏCƏK

ABŞ prezidenti Donald Tramp sabah administrasiyasının üzvləri və bəzi qurumların rəhbərləri ilə görüşərək İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi və sanksiya variantlarını müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, nu barədə The Wall Street Journal (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, görüşdə ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edəcək. Müzakirə olunan tədbirlər sırasında İranın hərbi və mülki obyektlərinə qarşı “məxfi kiber silahın” tətbiqi, eləcə də ölkə əhalisini internetlə təmin etmək üçün Starlink terminallarının göndərilməsi var.

WSJ qeyd edir ki, Pentaqon hələlik İrana mümkün hərbi zərbələrə hazırlıq məqsədilə ölkə sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.

Xatırladaq ki, dekabrın sonlarında İranda milli valyutanın kəskin dəyər itirməsi və qiymətlərin sürətlə artması fonunda kütləvi etirazlar başlayıb. Etirazçılar siyasi rejimin dəyişdirilməsini və 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gəlməsini tələb edirlər. Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı 500-dən çox insan həlak olub.

Donald Tramp etirazçıların güllələnməsinə cavab olaraq İran ərazisinə zərbələr endirilə biləcəyini bildirib. İran isə ABŞ-ın mümkün hücumu halında cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Seçilən
37
ikisahil.az

1Mənbələr