AZ

Tramp: "Qrenlandiyanın müdafiəsi iki it kirşəsindən ibarətdir, oranı ələ keçirəcəyik" - VİDEO

"Qrenlandiyanın müdafiəsi iki it kirşəsindən ibarətdir".
 
ABŞ prezidenti Donald Tramp bunu jurnalistlərlə söhbəti zamanı deyib.

"Bilirsinizmi, onların müdafiəsi nədən ibarətdir? İki it kirşəsindən. Bu arada, hər yerdə Rusiya və esminesləri, sualtı qayıqları var", - deyə ABŞ prezidenti qeyd edib.

 
O əlavə edib ki, ABŞ nə olursa-olsun Qrenlandiyanı ələ keçirəcək:
 
"Əgər biz Qrenlandiyanı almasaq, oranı Rusiya və ya Çin tutacaq və mən buna icazə verməyəcəyəm. Bu və ya digər şəkildə Qrenlandiya bizim olacaq".
 
Amerika lideri bildirib ki, adaya nəzarəti Vaşinqtona təhvil vermək barədə razılaşma variantı daha asan olardı.
 
Seçilən
19
1
moderator.az

2Mənbələr