AZ

“Nənəm öz qızıllarını satıb verdi ki, milli ilə səfərə gedim”

"Nənəm öz qızıllarını atama verdi ki, satsın, milli komanda ilə getmək üçün pulum olsun".

Moderator.az xəbər verir ki, bu sözləri qafqazinfo -ya müsahibəsi zamanı "Qarabağ" Futbol Klubunun futbolçusu Elvin Cəfərquliyev deyib.

O, komandaya gəlməsindən söz açıb:

"Qarabağ"dan zəng gəldi və dedilər ki, Qurban Qurbanov səni öz komandasında görmək istəyir. Buna da çox sevindim. Geri qayıtdım, heyət güclü idi, ehtiyatda otururdum. Amma Qurban Qurbanov çılğın xarakterimi görürdü, bilirdi ki, bu, mənim xeyrimədir. Çox güvəndi, inandı. Həmin vaxt da Azərbaycan U-17 yığmasına dəvət aldım və başqa ölkəyə toplanışa gedirdik. O dönəmdə maaş almırdım və səfərə yollanacaqdım. Səfərə gedəndə də adam istəyir ki, cibində pul ola. Evdəkilərdən 100 manat istədim. Amma yenə də durum yaxşı deyildi, gördüm heç nə yoxdur. Həmin vaxt nənəm öz qızıllarını atama verdi ki, satıb mənə milli ilə getmək üçün pul versin. Elə də oldu və ondan sonra düşündüm ki, bunların qarşılığını ödəməliyəm".

Seçilən
20
4
moderator.az

5Mənbələr