AZ

2026-cı ilin “Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

Los-Ancelesdə 2026-cı il “Qızıl Qlobus” mükafatının qalibləri məlum olub. 83-cü illik mükafatlandırma mərasimi “Beverli Hilton” otelində keçirilib və 2025-ci il film və televiziya mövsümünün nəticələrini qeyd edib. Oxuməni.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Pol Tomas Andersonun rejissoru olduğu "Döyüş ardınca döyüş" filmi 2026-cı il "Qızıl Qlobus" mükafatının "Ən yaxşı musiqili film və ya komediya" nominasiyasında qalib gəlib. Film həmçinin rejissorluq, ssenari və ikinci planda ən yaxşı qadın roluna (Tiyana Teylor) görə mükafatlandırılıb. "Döyüş ardınca döyüş" doqquz nominasiyada namizəd göstərilib və onlardan dördündə qalib olub.

"Ən yaxşı dram filmi" nominasiyasında mükafat Xloi Çjaonun rejissoru olduğu "Qamnet" filmə təqdim edilib.

Ən yaxşı xarici dildə çəkilmiş film Braziliyanın "Gizli agent" filmi, ən yaxşı animasiya filmi isə "K-pop iblis ovçuları" olub. "Ən yaxşı dram serialı" nominasiyasında "Pitt Xəstəxanası", ən yaxşı komediya serialı isə "Kino studiyası" qalib gəlib.

"Ən yaxşı musiqili film və ya komediya aktyoru" nominasiyasında mükafatı "Əla Martin" filmindəki roluna görə Timoti Şalamet qazanıb. Bu, onun ilk "Qızıl Qlobus" mükafatıdır. Dram janrında ən yaxşı aktyor mükafatını isə "Gizli agent" filmində rol almış Vaqner Moura alıb.

Ən yaxşı musiqili film və ya komediya aktrisası Roza Birn ("Bacarsaydım, səni təpikləyərdim"), dram janrında isə Cessika Bakli ("Qamnet") olub.

Almaz Həsənli

Seçilən
22
oxumeni.az

1Mənbələr