AZ

Röya: “Etdiyim heç nədən peşman deyiləm, amma…”

Heç zaman etdiklərindən peşman olmadığını söyləyən xalq artisti  Röya Ayxan  tamaşaçılarını təəccübləndirib.

Adalet.az bildirir ki,  o, həyatındakı bəzi hadisələrdən peşmanlıq duyduğunu söyləyib:

“Heç nədən peşman olan adam deyiləm. Yəni etdiyim  bir şeydən zövq almışamsa, nə gözəl. Amma kaş ki, ailə qurmazdıq, sevgili kimi yaşayardıq. Onda sevgimiz daha davamlı olardı. Bunu heç kəs örnək olsun deyə demirəm. Özüm üçün söyləyirəm. İnanıram ki, hər şey bir başqa olardı.
Ən böyük peşmanlığım isə oğlumu tək qoymağımdır. Kaş ki, zamanında Hüseyn üçün bacı və ya qardaş dünyaya gətirərdim.  O, dəfələrlə bu haqda mənimlə danışıb. Kaş ki, bacım və ya qardaşım olardı deyib.  Bir ana kimi onun tək qalmağına elə üzülürəm ki…”

Əntiqə

Seçilən
22
adalet.az

1Mənbələr