Bakı. Trend:
Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1barel neftin orta illik ixrac qiymətində hər 5,0 ABŞ dollarıdəyişiklik Fondun gəlirlərində təxminən 0,5 milyard ABŞ dollarıdəyişiklik yaradır.
Trend xəbərverir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun2026-cı il büdcəsinə rəyində bildirilib.
Qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının “Brent”markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞdolları intervalında dəyişəcəyi gözlənilməsi fonunda, AzərbaycanRespublikası Dövlət Neft Fondu büdcəsinin baza ssenarisinikonsensus diapazonun yuxarı həddi olan 65,0 ABŞ dolları qiymətfərziyyəsi əsasında proqnozlaşdırıb.
“Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən birikimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65,0ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq gəlirlərproqnozlaşdırılmışdır. Baza ssenarisi üzrə ARDNF-nin gəlirləri13,03 mlrd. manat (təxminən 7,67 mlrd. ABŞ dolları), xərcləri isə13,02 mlrd. manat (təxminən 7,66 mlrd. ABŞ dolları) səviyyəsindəproqnozlaşdırılır”, - məlumatda vurğulanıb.