İsveç hökuməti əlavə 15 milyard kron (1,4 milyard avro) ayırmaqla Silahlı Qüvvələrin hava hücumundan müdafiə imkanlarını genişləndirmək qərarına gəlib.
Herbiand.az xəbər veri4r ki, bu barədə İsveç Müdafiə Nazirliyi bu barədə məlumatı bazar günü açıqlayıb.
Bu maliyyələşdirmə döyüş bölmələrinin, səfərbərlik potensialının, şəhərlərin və körpülərin, dəmir yolu qovşaqlarının və nüvə və su elektrik stansiyaları kimi vacib obyektlərin də daxil olduğu mülki infrastrukturun qorunmasına yönələcək. Əvvəllər diqqət hərbi bölmələrin və infrastrukturun qorunmasına yönəlmişdi.
"Ukraynanın təcrübəsi etibarlı hava hücumundan müdafiənin vacibliyini göstərir", - deyə Müdafiə Nazirliyi bildirib.
Məsələyə münasibət bildirən İsveçin Baş naziri Ulf Kristersson: "Söhbət insanların həyatını, azadlığımızı və ölkənin bütün yerlərində hücumlara müqavimət göstərmək qabiliyyətimizi qorumaqdan gedir".