Azərbaycan I Liqa təmsilçisi “Şəfa”da çıxış edən Amil Yunanov özünə klub axtarır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard Bakı klubunun gələcək planlarına daxil deyil. O, artıq bundan xəbərdardır.
“Şəfa” onunla yolları ayırmaq istəyir. Ancaq Yunanova maraq yoxdur. Hazırda heç bir klub millimizin sabiq üzvünə təklif göndərməyib.
Əgər vəziyyət belə davam etsə, təcrübəli futbolçu mövsümü “Şəfa”da ehtiyat skamyasında keçirəcək.