Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
Əfsanəvi müğənni, Azərbaycan əsilli Ququş (Faiqə Atəşi) həmvətənlərini Pəhləvi ətrafında birləşməyə çağırıb.BUTA.TV xəbər verir ki, o, bu barədə Los-Ancelesdə keçirilən mitinqdə çıxışı zamanı deyib. “Şahzadənin (Pəhləvi - red.) rəhbərliyi altında iranlılarla, onların yoldaşları və tərəfdarları ilə bir yerdə olmağın vaxtı gəlib çatıb. İran xalqını məhv edənləri məhv etmək üçün Trampdan kömək istəməkdə heç bir qəbahət yoxdur”, - o bildirib.