Qaraqalpaqdakı “Muynak” yatağının yaxınlığında yerləşən 2 nömrəli “Şəhərlik-Aşağı Yura” kəşfiyyat quyusunda təbii qazın sənaye axını əldə edilib. Məlumatı “Kaliber.az” verib.
Sahə “Özbəkgeofizika” ASC və Dağ Geologiya Nazirliyinin Geologiya və Kəşfiyyat İnstitutu ilə əməkdaşlığı çərçivəsində aparılan 3D seysmik məlumatlar əsasında hasilata hazırlanmışdır. 5265 metr dərinliyə qədər qazma işləri yanvarın 10-da başa çatdırılmışdır. İşlər Layihə Ofisi tərəfindən ixtisaslı xarici neft və qaz sənayesi mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilmişdir.
5061 ilə 5265 metr arasındakı intervalda kommersiya qaz axını qeydə alınıb. Aşağı Yura təbəqələrinin strukturunu hərtərəfli öyrənmək və yatağın dəqiq sərhədlərini müəyyən etmək üçün bu ərazidə daha iki kəşfiyyat quyusunun - 3 və 4 nömrəli quyuların qazılması planlaşdırılır.
Bu yatağın kəşfiyyatı çətinliklərlə müşayiət olunub. Əvvəllər 4700 metrdən çox dərinlikdə yerləşən ilk kəşfiyyat quyusu olan “Muynak”da qəfil metan sızması baş vermişdi. Hesablanmış göstəriciləri aşan qeyri-adi yüksək lay təzyiqi səbəbindən sızma baş vermiş və ardınca yanğın olmuşdu ki, bu da ərazinin əhəmiyyətli enerji potensialına malik olduğunu təsdiqləyir.
P.ƏMİRCANOV
XQ