“Pirro prezident Donald Trampın “çoxdankı müttəfiqidir” və istintaq Pauell əleyhinə “yeni əsas hüquqi cəbhə”yə çevrilib”, - qəzet yazır.
Pauellin özü FES-in saytında bildirib ki, ABŞ-nin Ədliyyə nazirliyi yanvarın 9-da tənzimləyiciyə böyük münsiflər heyətinə çağırış vərəqəsi göndərərək,“keçən iyun ayında Senatın Bank Komitəsi qarşısında verdiyim ifadə ilə əlaqədar cinayət ittihamları ilə hədələyib”. Çağırış digər məsələlərlə yanaşı, FES-in qərargahının yenidən qurulması ilə də bağlıdır.
- Mən demokratiyamızda qanunun aliliyinə və hesabatlılığa dərin hörmət edirəm. Heç kim və şübhəsiz ki, FES-in sədri qanundan üstün deyil. Lakin bu misilsiz hərəkətlərə administrasiyanın təhdidləri və davamlı təzyiqləri kontekstində baxmaq lazımdır”,- Cerom Pauell vurğulayıb.
![]() |
| Tramp Bessenti istefa ilə hədələyib |
“Söhbət FES-in sübutlara və iqtisadi şərtlərə əsaslanaraq faiz dərəcələrini müəyyənləşdirməyə davam edə biləcəyindən, yoxsa pul siyasətinin siyasi təzyiq və hədə-qorxu ilə aparılacağından gedir”, -qurumun rəhbəri deyib.
Maliyyəçi FES-də işləməyə davam edəcəyinə və“Amerika xalqına şərəf və qürurla xidmət göstərəcəyinə” söz verib. Cerom Pauel 2012-ci ildən FES-in İdarə Şurasına daxildir. İdarə Heyətinin üzvləri 14 illik müddətə təyin edilir və onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.
Tramp dəfələrlə Paueli 2024-cü ilin dekabrından 2025-ci ilin sentyabrına kimi 4,5%-də qalan federal fondların faiz dərəcəsini endirməkdən boyun qaçırdığına görə tənqid edib. Ötən ilin sentyabrında FES uçot dərəcəsini 4,25%-ə, oktyabrda 4%-ə, dekabrda isə 3,75%-ə endirib ki, bu da 2022-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.
Bundan əvvəl də Trampın Paueli işdən çıxarmaq planları barədə xəbərlər yayılmışdı. Amerika lideriəvvəlcə bunu təkzib etsə də, sonradan FES sədrinin varisi ilə bağlı qərar verəcəyini açıqlayıb.
Dekabr ayında AB, preizdneti bu vəzifəyə mümkün namizədlər kimi Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassetti və FES Şurasının keçmiş üzvü Kevin Uorşu göstərib.
Sahil İsgəndərov
AzVision.az
