AZ

Azərbaycanda velosiped satmaq, yoxsa istehsal etmək sərfəlidir? – ARAŞDIRMA

Son illər Azərbaycanda sürətlə böyüyən bazarlardan biri də velosiped bazarıdır. Ölkəyə hər il 100-200 min ədəd velosiped gətirilir və qarşıdakı illərdə bu rəqəmlərin azalmayacağı, əksinə, yaradılan şərait səbəbindən artacağı gözlənilir.

Belə ki, 2022-2024-cü illərdə ölkəyə xaricdən velosiped idxalı kəskin şəkildə – 60% artıb. 2022-ci ildə Azərbaycana 144 min velosiped idxal olunmuşdusa, 2024-cü ildə bu rəqəm 231 minə yüksəlib. Həmin il idxalın orta həcmi 5,9 milyon dollar olub.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Velosiped hissələrinin istehsalı” haqqında daxili bazar araşdırmasına istinadən xəbər verir.

Hesabatda deyilir ki, ölkədə istifadə olunan velosiedlərin böyük əksəriyyəti – 92%-i xaricdən idxal edilir. İdxalın 90%-i Çinin payına düşürö Hazırda ölkəyə ən çox gətirilən velosipedlər, yəni bazarın böyük hissəsini  (1) Gündəlik qısa məsafələrə hərəkət etməyə imkan verən şəhər/ gediş-gəliş velosipedləri və (2) ailələr tərəfindən böyük tələbat olan uşaq velosipedləri tutur. Bundan başqa, idmançı və həvəskarların seçimi olan Dağ/MTB və şosse velosipedlərinə və qatlanan velosipedlərə də böyük təəbat var. Amma hazırda bu sahədə ən sürətlə böyüyən sektor elektrikli velosipedlər - E-bike-lərdir.

Azərbaycan bazarı son illərdə xüsusən elektrikli velosiped (e-bike) seqmentində sürətlə böyüyür. 2024-cü ildə ölkəyə 1,1 milyon dollar dəyərində 5 279 ədəd e-bike idxal olunub.

Velosipedlərin ən böyük tədarükçüsü Çindir. Həm e-bike, həm də mexaniki velosipedlərin əsas hissəsi Çindən və bəzi hallarda Türkiyə, BƏƏ və Avropa ölkələrindən gətirilib.

Ümumi olaraq 3 ildə - yəni, 2022-ci ildən 2024-cü ilə qədər velosiped idxalı 60% artıb.

FED.az-ın araşdırması göstərir ki, 2022-ci ildə Azərbaycana xaricdən 144 min velosiped gətirildiyi halda,

2024-cü ildə bu rəqəm 231 minə yüksəlib.

Araşdırmada qeyd edilib ki, velosiped bazarı hələ də əsasən idxaldan asılıdır. Yerli istehsalla bağlı 2016-cı ildən fəaliyyət göstərən İsmayıllı velosiped zavodu kimi nümunələr mövcuddur. İsmayıllı zavodu kimi nümunələrlə yerli istehsal mövcud olsa da məhduddur. Yerli istehsal montaj və bəzi model istehsalı ilə məhdudlaşır. Yerli tədarük zənciri (hissələr, komponentlər) tam formalaşmayıb. Hissələrin çoxu idxal edilir.

Şəhər hərəkətliliyi, mikromobillik proqramları, akkumulyator texnologiyasının ucuzlaşması kimi səbəblər elektrikli velosipedlərdən istifadəni də artırıb. Bakı və bəzi iri şəhərlərdə infrastruktur yatırımları (velosiped zolaqları, parklanma) planlaşdırılır və icra olunur ki, bu da istifadəni və tələb artımını təşviq edir. Bakı üzrə master-plan çərçivəsində uzunmüddətli velosiped şəbəkəsi nəzərdə tutulub ki, bu da şəhər istifadəsini daha da artıracaq.

Hesabatdan məlum olur ki, vilosipedə tələbat təkcə Azərbaycanda artmır - dünya velosiped bazarının həcmi də böyüyür.

Qlobal velosiped bazarının həcmi 2024-cü ildə 65 milyard dollar təşkil edib. Dünyanın ən böyük velospied istehsalçıları Çin, Tayvan, Hindistan və Vyetnamdır. Dünyada xüsusilə də, e-bike bazarı sürətlə böyüyür. Bu sahədə illik 10-15% artım müşahidə olunur. Şəhərlərdə isə əsasən qatlanan velosipedlərə tələb yüksəlir.

Seçilən
7
fed.az

1Mənbələr