“Olimpiakos”un yarımmüdafiəçisi Xristos Mouzakitisə transfer bazarında tələbat var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı yunan ilə Avropanın bir neçə klubu, o cümlədən “Mançester Yunayted”, “Real”, “Arsenal” maraqlanır.
Yunanıstan klubu yarımmüdafiəçinin satışından 40 milyon avro əldə etmək istəyir. Oyunçunun özü də bu qış klubdan ayrılmağa hazırdır.
Mouzakitisin “Olimpiakos”la müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.