AZ

"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"

"Neft Fondundan dövlət büdcəsinə transfertin neft-qaz gəlirləri üzrə təminat səviyyəsinin illər üzrə azalması, transfertin müəyyən hissəsinin Fondun idarəetmədə olan aktivlərinin likvidləşdirilməsi hesabına qarşılanması tendensiyasının artan dinamika göstərməsi gələcək illər üzrə diqqətlə izlənilməsini zəruri edən amillərdəndir."

Marja.az xəbər verir ki. bu Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində bildirilir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük payı təşkil edir. Fondun təqdim etdiyi məlumata əsasən, 2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağında xam neft hasilatının 120,1 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatın azalması nəticəsində 2025-ci ilin göstəricisi (123,0 mln. barel) ilə müqayisədə 3,0 mln. barel azdır.

Qeyd edilib ki, Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303,0 mln. barel təşkil etmiş və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunmuşdur. Təqdim olunan məlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183,0 mln. barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır

Neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır. Belə ki, 2026-cı il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 5 mlrd. 30,0 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 235,8 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkil edəcəkdir.

Eyni zamanda, 2022-2026-cı il Fondun “Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər” istiqaməti üzrə daxilolma proqnozuna nəzər yetirdikdə həmin istiqamət üzrə daxilolma proqnozlarında azalma müşahidə edilməkdədir.

Beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənilməsi fonunda, Azərbaycan Respublikası Dövlət Neft Fondu büdcəsinin baza ssenarisini konsensus diapazonun yuxarı həddi olan 65,0 ABŞ dolları qiymət fərziyyəsi əsasında proqnozlaşdırmışdır.

Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən biri kimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65,0 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq gəlirlər proqnozlaşdırılmışdır.

Baza ssenarisi üzrə ARDNF-nin gəlirləri 13,03 mlrd. manat (təxminən 7,67 mlrd. ABŞ dolları), xərcləri isə 13,02 mlrd. manat (təxminən 7,66 mlrd. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.

Eyni zamanda, Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1 barel neftin orta illik ixrac qiymətində hər 5,0 ABŞ dolları dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 mlrd. ABŞ dolları dəyişiklik yaradır.

Beynəlxalq təşkilatların proqnozlarına əsasən, növbəti ildə neft qiymətlərinin əsasən 60,0-65,0 ABŞ dolları intervalında dəyişəcəyi gözlənilir

Fondun mənfəət neftinin və qazın satışı üzrə proqnozlaşdırılan daxilolmaları növbəti ildə hasilat həcminin və xam neftin orta illik ixrac qiymətinin azalması fonunda 2025-ci il proqnozu ilə müqayisədə 12,7 faiz az həcmdə proqnozlaşdırılmışdır. 2026-cı ildə

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 5 mlrd. 30,0 mln. ABŞ dolları və ya 8 mlrd. 551,0 mln. manat olması proqnozlaşdırılmışdır ki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2 mlrd. 910,4 mln. manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 mlrd. 246,3 mln. manat və ya 12,7% azdır. Dövlət Neft Fondunun 2026-cı il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınmışdır.

2026-cı il üzrə Kürsəngi və Qarabağlı yataqlarından gəlirlərin 65,0 ABŞ dolları qiymət ssenarisi altında ARDNF-yə daxil olmamasının səbəbi, HPBS-yə edilmiş dəyişikliklər nəticəsində dövlətin mənfəət payının 40%-ə endirilməsi və bu payın podratçıların dövlətin mənfəət payından qarşılanmalı olan vergi öhdəliklərini tam ödəməsi üçün kifayət etməməsi ilə izah olunmuşdur.

Təqdim olunan məlumatlara əsasən, SOCAR-ın Şahdəniz və Cənub Qafqaz Boru Kəməri layihələrində mənsub olduğu paylar 31 mart 2023-cü il tarixində Payların Təxirə Salınmış Alqı-Satqı Müqaviləsinə (DSPA) uyğun olaraq Cənub Qaz Dəhlizi QSC-yə tam şəkildə ötürülmüşdür. SOCAR-ın

Fonda ünvanladığı 25.06.2023-cü il tarixli məktubda bildirildiyinə görə, Cənub Qaz Dəhlizi QSC tərəfindən SOCAR-ın Şahdəniz, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələrindəki paylarına düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokoluna əsasən ödənişlərin 2025-ci ildən etibarən Dövlət Neft Fonduna həyata keçirilməsi nəzərdə tutulsa da, hesabat tarixinədək bu mənbədən Fonda heç bir vəsait daxil olmamışdır. Bununla yanaşı, 2026-cı il üçün Fondun büdcəsində həmin istiqamət üzrə 136,2 mln. ABŞ dolları məbləğində vəsaitin daxil olması proqnozlaşdırılmışdır. 

Seçilən
5
1
marja.az

2Mənbələr