AZ

Neft və qaz tranzit gəlirləri 2026-cı ildə 3,7 min manat səviyyəsində proqnozlaşdırılır

Bakı. Trend:

Dövlət Neft Fondunun 2026-cı il büdcəsində neftin və qazınAzərbaycan Respublikasının ərazisi ilə tranzitindən əldə ediləngəlirlər 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsindəproqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilin faktikiicrasından 0,5 milyon manat az, 2025-ci ilin təsdiq edilmişproqnozundan 25,4 milyon manat aşağı, 2025-ci il üzrə gözləniləndaxilolma ilə isə təqribən eyni səviyyədədir.

Trend xəbərverir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun2026-cı il büdcəsinə rəyində bildirilib.

Qeyd edilib ki, 2025-ci il üzrə faktiki tranzit gəlirlərininproqnozlaşdırılan xeyli aşağı olması və Rusiya–Ukrayna münaqişəsisəbəbindən tranzit marşrutlarının dayandırılması nəzərə alınaraq,tranzit gəlirləri 2026-cı il üçün faktiki daxilolmalar səviyyəsindəproqnozlaşdırılıb. Nəticə etibarı ilə bu yanaşma proqnozlarınreallığa uyğunluğunu təmin edib: “Neftin və qazın AzərbaycanRespublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirləristiqaməti üzrə 2025-ci ildə 25,4 mln. manat məbləğində daxilolmaproqnozlaşdırılsa da, hesabat tarixinə cəmi 0,004 mln. manat vəsaitqeydə alınmışdır. Qeyd edilməlidir ki, Palatanın əvvəlki illər üzrərəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icragöstəricilərinə əsaslanmasının zəruriliyi vurğulanmışdır”.

“Cari ildə Rusiya–Ukrayna münaqişəsinin davam etməsi nəticəsindəQərb ixrac boru kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftinnəqlinin dayandırılması səbəbindən Əməliyyat Şirkəti növbəti ildəbu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırmışdır. Buşəraitdə aidiyyəti gəlir stiqamətinin Neft Fondunun 31.08.2025-ciil tarixinə olan faktiki daxilolmalar səviyyəsindəproqnozlaşdırılması məqsədəuyğun hesab edilib”, - deyə məlumatdaəlavə edilib.

Məqalədə:
Seçilən
40
1
az.trend.az

7Mənbələr