AZ

Polşanın baş prokuroru Macarıstandan SIĞINACAQ ALIB

Polşanın baş prokuroru, ölkənin keçmiş ədliyyə naziri Zbiqnev Zebro Macarıstanda siyasi sığınacaq əldə edib. Bu barədə onun vəkili Bartoş Levandovski məlumat verib.

Vəkilin sözlərinə görə, Zebroya Polşa ərazisində beynəlxalq hüquqla təmin olunan hüquq və azadlıqlarının pozulması səbəbindən beynəlxalq müdafiə və siyasi sığınacaq verilib. Levandovski bu açıqlamanı X (keçmiş Twitter) platformasında paylaşıb.

Daha əvvəl isə ABŞ-ın miqrasiya qadağası tətbiq olunan ölkələrin siyahısını 30-dan çox dövlətə qədər genişləndirəcəyi barədə məlumat yayılmışdı.

Seçilən
20
ikisahil.az

1Mənbələr