AZ

Azərbaycanda KASKO sığortası üzrə ödənişlər 40%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2025-ci ilin yanvar-noyabr aylarında 67 milyon 793 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 milyon 277 min manat və ya 15,9% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 8 milyon 218 min manat və ya 39,5% artaraq 29 milyon 29 min manata çatıb. 2024-cü ilin yanvar-noyabr aylarında bu növ üzrə yığımların məbləği 58 milyon 516 min manat, ödənişlərin məbləği isə 20 milyon 811 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
1
banco.az

2Mənbələr