Bakı, 12 yanvar, AZƏRTAC
2026-cı ildə Venesueladakı hadisələr və İndoneziyadan tədarüklə bağlı qeyri-müəyyənlik fonunda nikelin qiymətləri beş faizdən çox artıb.
AZƏRTAC xəbər verir ki, “BigMint” platformasının məlumatına görə, London Metal Birjasında nikel həftə ərzində 5,2 faiz bahalaşaraq bir tonu 17 min 800 dollara satılıb. Yanvarın 6-da isə onun qiyməti ötən ilin sentyabr ayından bəri ilk dəfə 18 min dolları keçib.
Analitiklər bu tendensiyanı qlobal bazarın təxminən 60 faizini təmin edən İndoneziyada istehsalın qeyri-müəyyənliyi ilə əlaqələndirirlər. Belə ki, İndoneziya hökuməti nikel hasilatı kvotalarını 30 faizdən çox azaltmağı planlaşdırır.
Qiymət artımının digər səbəbi isə Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən qaçırılmasından sonra artan geosiyasi gərginlik fonunda misin bahalaşmasıdır.
“BigMint” bahalaşmanın 2031-ci ilədək orta hesabla hər il təxminən 5,5 faiz artacağını gözləyir.